“Xəstələrdən 12-si hələ də müalicə olunur” - Mərkəzdən açıqlama

21 May 2015 11:58 (UTC+04:00)

Bu barədə AzNews.az-a Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov məlumat verib.

Onun sözlərinə görə, yanğın nəticəsində xəsarət alan xəstələrdən daha biri bu gün evə buraxılaçaq.

Şöbə müdiri vurğulayıb ki, xəstələrin vəziyyəti orta ağır olaraq qiymətləndirilir.
Xatırladaq ki, baş verən yanğından sonra bu şöbəyə 35 xəstə gətirilib.

Bahar RÜSTƏMLİ
AzNews.az