AXCP-də daha bir istefa

21 May 2015 13:54 (UTC+04:00)

AXCP-nin sədr müavini Fuad Qəhrəmanlı isə AzNews.az-a açıqlamasında istefadan xəbərsiz olduğunu deyib: "Partiyada bununla bağlı heç bir məlumat yoxdur".

Xatırladaq ki, İ.Qurbanov bu il mart ayının 10-da DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həbs olunub. Nərimanov rayon məhkəməsi isə onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçib. Qeyd edək ki, İsa Qurbanovun istefa bəyanatını "Avropa.info" saytı yayıb.

Bahar RÜSTƏMLİ
AzNews.az