Şakira məşq etdi

13 Oktyabr 2012 04:20 (UTC+04:00)
Dünya şöhrətli kolumbiyalı müğənni Şakira Bakıda Tofiq Bəhramov adına stadionda məşq keçirib. Trend-in hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, stadionun qabağında quraşdırılan böyük monitorda bir müddət məşq kadrları nümayiş olunub.

Şənbə günü Şakira 17 yaşa qədər qadınlar arasında futbol üzrə dünya çempionatının bağlanışında möhtəşəm bir şoula çıxış edəcək. Bazar günü isə müğənni "Bakı Kristal Zal"ında konsert keçirəcək.

AzNews.az