Qrupumuzun lideri Rusiya

13 Oktyabr 2012 04:55 (UTC+04:00)
Millimizin yer aldığı "F" qrupunda Braziliyada keçiriləcək 2014 Dünya Kubokuna getmək uğrunda mübarizə aparan əsas fovaritlərdən Rusiya və Portuqaliya üz-üzə gəliblər.

Bir az da olsa qrupun talehində dəyişiklik edə biləcək oyunda meydan sahibləri qismində Rusiya millisi çıxış edirdi.

Şimal qonşularımız özlərini əsl ev sahibi kimi aparıblar. Belə ki, 6-ci dəqiqədə Kerzakovun vurduğu qol oyunda yeganə olub. Rusiya güclü rəqibi Portuqaliya üzərində 1 – 0 hesabi ilə qələbə qazanıb.

Elman Bakuvi
AzNews.az