“Putin I Avropa Oyunlarının açılış mərasimində iştirak edəcək”

21 May 2015 19:43 (UTC+04:00)


Bu barədə APA-nın Moskva müxbirinə Rusiya prezidentinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, bu ilin iyun ayında prezident Vladimir Putinin Azərbaycana səfəri planlaşdırılır: "Vladimir Putin I Avropa Oyunlarının açılış mərasimində iştirakı edəcək".

Kremlin mətbuat xidmətindən qeyd olunub ki, Rusiya prezidentinin Azərbaycana səfərinin təfərrüatları barədə ətraflı məlumat veriləcək.