Avtomobil dayanacağa girdi - Yaralı var

13 Oktyabr 2012 05:17 (UTC+04:00)
Bakıda daha bir yol qəzası baş verib. Qəza Suraxanı rayonu ərazisində qeydə alınıb. Rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə dünən gecə olub. Gecəsaatlarda Fazil Bağırovun idarə etdiyi "Mercedes" markalı avtomobil Yeni Suraxanı qəsəbəsi ərazisində, Heydər Əliyev prospektində idarəetmədən çıxaraq qəzaya uğrayıb.

Bildirilir ki, avtomobil maneəyə dəyərək fırlanıb və avtobus dayanacağına girib. Qəza nəticəsində sürücü xəsarət alıb.

Sevinc Fədai
AzNews.az