Rusiya təyyarəsi qəzaya uğradı - 3 ölü

13 Oktyabr 2012 05:27 (UTC+04:00)
Rusiyanın Be-12 təyyarəsi Ukraynada qəzaya uğrayıb. AzNews.az-ın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, qəza nəticəsində 3 nəfər ölüb, biri isə yaralanıb. Ölən və yaralananların ekipaj üzvləri olduğu deyilir.

Hazırda qəzanın hansı səbəbdən baş verməsi ilə bağlı araşdırma aparılır. İlkin ehtimala görə, qəza mühərriklərdən birinin sıradan çıxması ucbatından baş verib.

Sadiq Musa
AzNews.az