Arif Alışanov köməkçisini direktor təyin etdi - “İdman Azərbaycan“a

22 May 2015 11:38 (UTC+04:00)

Bu haqda məlumat AzNews.az-a AzTV-dən verilib.

Qeyd edək ki, Fərman Orucov AzTV-də uzun müddətdir ki, çalışır. O, əvvəlki sədr Nizami Xudiyevin dövründən başlayaraq sədrin köməkçisi vəzifəsində işləyib.

Xatırladaq ki, Fərman Orucov Yeni Azərbaycan Partiyasının Sumqayıt Şəhər təşkilatının idarə heyətinin və Şurasının üzvüdür. O, 2011-ci il noyabr ayının 10-da Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə "Tərəqqi" medalına layiq görülüb.