Prezidentin oğlu həbs edildi

13 Oktyabr 2012 06:07 (UTC+04:00)


Qırğızıstanın sabiq prezidenti Kurmanbek Bakiyevin kiçik oğlu Maksim Bakiyev Londonda həbs edilib. AzNews.az-ın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, həbs Amerika və Qırğızıstanın birgə sorğusu əsasında həyata keçirilib.

Ancaq prezident oğlunun Qırğızıstana ekstradisiyası ilə bağlı problemlər yaranıb. Belə ki, iki ölkə arasında ekstradisiya haqqında müqavilə olmadığından Maksim Bakiyevin ilk öncə ABŞ-a daha sonra isə Qırğızıstana ekstradisiyası nəzərdə tutulur.

Qeyd edək ki, sabiq prezidentin oğlu ölkəni 2010-cu ildə tərk edib. O, maliyyə fırıldaqçılığında və korrupsiyada ittiham olunur.

Sadiq Musa
AzNews.az