27 ölkə İrana qarşı
13 Oktyabr 2012 06:25 (UTC+04:00)
Avropa İttifaqının 27 ölkəsi İrana qarşı yeni iqtisadi sanksiyalar barədə razılığa gəlib. Sanksiyalar İran qazının alınmaması ilə bağlıdır. İTAR-TASS-ın məlumatına görə, bu barədə məlumatı diplomatik mənbələr verib.
Mənbə bildirib ki, 27 ölkənin razılığı artıq əldə olunub. Oktyabrın 15-də xarici işlər nazirlərinin Lüksemburqda keçirilən iclasında qərar rəsmən elan ediləcək.
Alpər
Aznews.az