“Ermənilər Xocalı soyqırımından xəcalət çəkməli idilər“

22 May 2015 22:35 (UTC+04:00)


Trend-in məlumatına görə, bu sözləri Milli Məclis sədrinin birinci vitse-spikeri Ziyafət Əsgərov ermənilərin I Avropa Oyunlarında təxribat törətməyəcəkləri barədə yaydığı bəyanatla bağlı jurnalistlərə açıqlamasında deyib.

O, qeyd edib ki, Binəqədi rayonunda baş vermiş hadisə ilə bağlı ermənilərin xəcalət çəkməsi əbəsdir. Onlar Xocalı soyqırımından, 1988-ci ildə törətdikləri cinayətdən xəcalət çəkməli idilər:

"Mən mətbuatda oxudum ki, guya hansısa erməni Binəqədi rayonunda baş vermiş faciə ilə əlaqədar xəcalət çəkdiyini bildirib. Bunların hamısı qeyri-səmimi sözlərdir. Xəcalət çəkən erməni 1988-ci ildə xəcalət çəkməli idi, Azərbaycanın ərazisi ermənilər tərəfindən işğal olunanda, həmçinin Xocalı soyqırımında, azərbaycanlıların başını kəsərkən xəcalət çəkməli idi. O zaman səmimiyyət olardı. Amma indi əlbəttə ki, mən onların heç bir səmimiyyətinə inanmıram və güman edirəm ki, siz də inanmırsınız".