Obamanın seçki qərargahı atəşə tutuldu

13 Oktyabr 2012 06:26 (UTC+04:00)


ABŞ prezidenti Barak Obamanın Denverdəki seçki qərargahına silahlı hücum olub.
AzNews.az-ın röyters agentliyinə istinadən verdiyi xəbərə görə, atəş nəticəsində qərargahın pəncərəsi sınıb.

Verilən məlumata görə, atəş açılan vaxt prezident Obama da qərargahda olub. Xəsarət alanların olmadığı deyilir. Yerli polisin bildirdiyinə görə, atəş bir dəfə açılıb. Hazırda polis atəş açanın şəxsiyyətini müəyyənləşdirmək istiqamətində tədbirlər görür.

Sadiq Musa
AzNews.az