83 yaşlı kişi intihar etdi - Bakıda

23 May 2015 10:07 (UTC+04:00)

AzNews.az APA-ya istinadən xəbər verir ki, hadisə Binəqədi rayonu Q. Hacıbababəyov küçəsi 142 ünvanında qeydə alınıb.

Bakı şəhər sakini, 1932-ci il təvəllüdlü İslam Yaqub oğlu Yaqubov yaşadığı mənzildə özünü asaraq intihar edib.

İ. Yaqubovun iki ildir, xərçəng xəstəliyindən əziyyət çəkdiyi bildirilir.