Qubad İbadoğlunun təşkilatı qeydiyyata alınmadı – SƏBƏB

23 May 2015 10:16 (UTC+04:00)

Bu barədə AzNews.az-a ADR-in sədr müavini Ellada Məmmədli deyib.

Onun sözlərinə görə, Hərəkatın qeydiyyata alınmamasına səbəb kimi sənədlərdə texniki qüsurların olduğu göstərilir.

E.Məmmədli bildirib ki, ADR-in qeydiyyata alınması üçün iyun ayında yenidən Ədliyyə Nazirliyinə müraciət olunacaq: "Bununla bağlı müzakirələrimiz olub".

Qeyd edək ki, Azərbaycan Demokratiya və Rifah Hərəkatı qeydiyyata alınması ilə əlaqədar mart ayında Ədliyyə Nazirliyinə müraciət etmişdi.

Bahar RÜSTƏMLİ
AzNews.az