Ukraynadan 35 vaqon gətiriləcək

13 Oktyabr 2012 06:39 (UTC+04:00)
Gələn ilin fevralınadək Ukraynadan 35 təmir edilmiş vaqon Azərbaycana gətiriləcək.
AzNews.az-un məlumatına görə, bunu "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sədri Arif Əsgərov bildirib.

O deyib ki, "Azərbaycan Dəmir Yolları" QSC-yə məxsus 50 ədəd sərnişin vaqonu istismar müddətinin başa çatması səbəbindən Ukraynanın Dnepropetrovsk şəhərindəki "Dneprovaqontəmirquraşdırma" ASC-də əsaslı təmirə göndərilib.

Onun sözlərinə görə, 15 vaqon təmir edilərək paytaxta gətirilib və Bakı-Tbilisi istiqamətində xəttə buraxılıb: "Gətiriləcək 35 vaqonunun şimal istiqamətinə xəttə buraxılması nəzərdə tutulur".

Vasif Həsənli
AzNews.az