Müğənnimiz Türkiyədə 30 min dollar xərcə düşüb – FOTO

13 Oktyabr 2012 06:43 (UTC+04:00)
Müğənni Aysel Əlizadə yeni klipini türk rejissoruna həvalə edib. Bu barədə AzNews.az-a müğənninin mətbuat əlaqələndiricisi məlumat verib. O, bildirib ki, Ayselin "Ulduzlar" mahnısına çəkilən klip ötən gün tamamlanıb:

"Türk klipmeykerləri arasında Demet Akalın, Yaşar və bu kimi sənətçilərin çox kliplərinə ekran həyatı verən Teoman adlı rejissor bu dəfə azərbaycanlı sənətçiylə çalışıb. Onların işbirliyinə məşhur türk mahnılarının söz yazarı Ayşe Birgül Yılmaz vasitəçi olub. Çəkilişlər demək olar ki, 2-3 saatlıq fasilə ilə bir sutka ərzində davam edib".

Klipdə Ayselin saç düzümü və makiyajı ilə Sibel Canın, Demet Akalının ustası çalışıb və müğənnini öz yanaşmasından gözəlləşdirib.

Hazırda montaj olunan klipin kadrları ayın sonunda hazır olacaq. Qeyd edək ki, klip 30 min dollara başa gəlib. Aysel heyətin işini bəyənərək, klipin mahnı qədər reytinqlərdə ön sıralarda olacağını ümid edir.

Çəkilişləri bitirib, Türkiyədə səfərini davam etdirən Ayselin gələn həftə TMB kanalında çıxışı gözlənilir. O, azərbaycanlı teleaparıcı Elyanənin qonağı olacaq.

Fuad Mədətov
AzNews.az