Nigar Köçərili Anarla razılaşdı

13 Oktyabr 2012 06:53 (UTC+04:00)
Yazıçı Anar Trend-ə açıqlamasında Azərbaycanda kitab mağazalarının sayının azlığından gileylənib: "Bakıda demək olar ki, kitab mağazaları yoxdur. Onların hamısı bağlanıb".

"Əli və Nino" kitab mağazaları şəbəkəsinin rəhbəri, Milli Kitab Mükafatının təsisçisi Nigar Köçərili AzNews.az-a açıqlamasında Anarla razılaşdığını bildirdi: "Təbii ki, mən Anar müəllimin fikirləri ilə tam razıyam. 10 milyonluq ölkədə 10 kitab mağazası var. Biabırçılıqdır. Amma Gürcüstanda 75 kitab mağazası var".

Bahar Rüstəmli
AzNews.az