Bu ölkədə müxalifət lideri prezident seçildi - VİDEO

25 May 2015 09:57 (UTC+04:00)

AzNews.az xəbər verir ki, Avropa Şurasının sədri Donald Tusk bununla bağlı Dudanı özünün Tvitter səhifəsində təbrik edib.

Tusk eyni zamanda Polşanın hazırkı prezidenti Bronislav Komorovskiyə də prezidentlik dövründə yaxşı və doğru çalışdığına görə minnətdarlığını çatdırıb.

Reuters agentliyinin xəbərinə görə, Bronislav Komorovski seçkidə məğlub olduğunu boynuna alıb və Andrzej Sebastian Dudanı təbrik edib.

Qeyd edək ki, 43 yaşlı Duda seçicilərin 53 faiz səsini toplayıb.