İrəvan Teatrı cənuba gedib

13 Oktyabr 2012 10:00 (UTC+04:00)
İrəvan Dövlət Azərbaycan Dram Teatrı qastroldadır. Bunu AzNews.az-a teatrın direktoru İftixar Piriyev dedi. İ.Piriyevin sözlərinə görə, hazırda yaradıcı kollektiv Lənkərandadır: "Bu gün Lənkəran və Astara rayonlarında olacağıq. Sabah isə Lerik, Masallı, Yardımlı teatrsevərləri qarşısında çıxış edəcəyik".

Qeyd edək ki, İrəvan teatrı bu rayonlarda Hidayətin "Vətəndən ağırdır vətənin dərdi" adlı tamaşa ilə çıxış edəcək. Teatr oktyabrın 15-də daha bir rayonda-Qusarda olacaq: "Biz Qusar tamaşaçılarına "İşıqlı, nurlu sabah" tamaşasını təqdim edəcəyik".

Bahar Rüstəmli
AzNews.az