“Türkiyədə oynamaq istərdim”

13 Oktyabr 2012 07:17 (UTC+04:00)
Türkiyə millisi üzərində minimal hesablı qələbə qazanan Rumıniyalı Adrian Mutu oyundan sonra maraqlı açıqlama verib.

AzNews.az Fanat.az-a istinadən xəbər verir ki, Mutu "sarı- qırmızılılar"dan təklif aldığını bildirib: "Daha öncə mənə "Qalatasaray"dan transfer təklifi gəlib. Ancaq bu keçid baş tutmadı. Hazırda belə bir transfer planlaşdırılmır. Amma gələcəkdə Türkiyədə oynamaq istərdim".

Elman Bakuvi
AzNews.az