Ermənilər Azərbaycan ərazilərini yandırır- VİDEO

25 May 2015 21:57 (UTC+04:00)


ANS TV-nin Qarabağ bürosunun məlumatına görə, yanğının ordumuzun nəzarətində olan Tərtər rayonunun Qapanlı kəndinin ərazisinə keçməsinin qarşısını almaq məqsədilə əraziyə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb edilib.

Kənd sakinləri bildiriblər ki, yanğın zamanı təmas xəttində çoxsaylı partlayış səsləri eşidilib. Yangının səbəb olduğu tüstü dümanı tək buradan deyil, eyni zamanda qonşu – Bərdə, Ağdam rayonlarını Tərtərlə həmsərhəd kəndlərindən də müşaiyyət etmək mümkün olub.

Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyinin Tərtər yanğından mühafizə idarəsinin yanğınsöndürən briqadaları da kənddədirlər.

Yanğınsöndürənlər yanğının kəndin ərazisinə keçməməsi üçün bütün lazımi tədbirlər görürlər. Hələlik yanğın Tərtərin işğal altında olan Seyid Sulan kəndi ərazisindədir.