Bakıya qanunsuz siqaret gətirən şəxs tutuldu

25 May 2015 23:40 (UTC+04:00)


AzNews.az Dövlət Gömrük Xidmətinə istinadən xəbər verir ki, saxlanılan şəxsin əl yükü rentgen aparatından keçirilən zaman monitorda tütün məmulatlarının təsvirləri əks olunduğundan o, müvafiq qanunvericiliyə uyğun olaraq 1 ədəd əl yükü və 2 ədəd baqajının yoxlanılması üçün yoxlama otağına dəvət olunub.

Yoxlama zamanı Y.Əmirova məxsus əl yükü və baqajlarından gömrük nəzarətinə əvvəlcədən təqdim olunmayan, elektron və ya kağız üzərində yazılı formada bəyan olunmayan 5 adda 470 ədəd müxtəlif xarici markalı siqaretlər və kustar üsulla hazırlanan 3 kq qara kürü aşkar edilib.

Faktla bağlı DGK-nin İstintaq İdarəsində araşdırma aparılır.