Dəmir yolu xətlərinə yaxın evlər söküləcək

13 Oktyabr 2012 07:40 (UTC+04:00)


"Azərbaycanda dəmir yolu xətlərinin kənarlarında tikilən evlər söküləcək". AzNews.az-ın məlumatına görə, bunu "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sədri Arif Əsgərov bildirib.

Onun sözlərinə görə, sözügedən məsələ ilə bağlı Nazirlər Kabinetinin xüsusi tapşırığı var: "Bu məsələ ilə bağlı artıq lazımi işlər görülüb, 1000-ə qədər yaşayış və qeyri-yaşayış massivləri siyahıya alınıb. Yaxın vaxtlarda bu işin icrasına başlanılacaq".

Vasif Həsənli
AzNews.az