20 dövlət başçısı Bakıya gələcək – Azad Rəhimov

26 May 2015 11:11 (UTC+04:00)

AzNews.az Trend-ə istinadən xəbər verir ki, bunu gənclər və idman naziri Azad Rəhimov "Rossiyskoy qazeta"ya müsahibəsində deyib.

A.Rəhimovun sözlərinə görə, ilk olaraq Beynəlxalq Olimpiya Komitəsinin üzvü Monako Knyazı II Albert və Böyük Lüksemburq Hersoqu öz iştirakını təsdiqləyib: "Oyunların başlamasına az qalmış Avropadan Bakıya neçə dövlət başçısının gələcəyi məlum olacaq. Biz ən az 20 dövlət başçısının gələcəyini gözləyirik".