Yaşayış evində yanğın oldu

26 May 2015 21:28 (UTC+04:00)


AzNews.az FHN-ə istinadən xəbər verir ki, Xəzər rayonunda birmərtəbəli evin həyətyanı sahəsində tikilmiş ümumi sahəsi 6 kv.m olan hamamın 2 kv.m sahəsində dam örtüyünün yanar konstruksiyaları yanıb. Hamamın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 18:40-da yanğınsöndürənlər tərəfindən söndürülüb.


AzNews.az