Sabah hava necə olacaq?

13 Oktyabr 2012 15:00 (UTC+04:00)
Bakı və Abşeron yarımadasında oktyabrın 14-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, günün birinci yarısında yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən AzNews.az-a verilən məlumata görə, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 15-18, gündüz 19-23 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarında oktyabrın 14-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin axşam və gecə bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 14-19, gündüz 22-27, dağlarda gecə 5-10, gündüz 12-17 dərəcə isti olacağı gözlənilir. Oktyabrın 14-də hava şəraitinin nisbətən sabit, günün ikinci yarısında havanın tutulacağı gözlənilir.

Sevinc Fədai
AzNews.az