Hacı İbrahim Nehrəmli- Sərbəst buraxıldı

27 May 2015 20:23 (UTC+04:00)


Bu barədə iş adamı özü "APA-Economics"ə bildirib.

"Bildiyiniz kimi, mənim Azərbaycan Beynəlxalq Bankından götürdüyüm kreditin vaxtı 2019-cu ildə başa çatır. Vaxtı keçmiş kreditimi bağladım, qalan hissəsini isə qrafikə uyğun ödəyəcəm", - deyə o qeyd edib.

Konsernin prezidenti qeyd edib ki, onun ölkədən qaçarkən saxlanılması ilə bağlı mətbuatda yayılan xəbərlər həqiqəti əks etdirmir. Bir müddət öncə ölkəni tərk etməsinə qoyulan qadağanın aradan götürülüb-götürülməməsi ilə bağlı suala isə iş adamı bu cür cavab verib: "Hər şey normaldır, qaydasındadır".

O qeyd edib ki, "Avesta" konserninin ləğv olunması və ya satılması ilə bağlı yayılan xəbərlər də yalandır.