Hacı İbrahim danışdı: "Qollarımı qandallayıb aşağı apardılar" (VİDEO)

28 May 2015 19:55 (UTC+04:00)


ANS-ə müsahibəsində iş adami deyib ki, onun ölkədən qaçarkən saxlanılması ilə bağlı mətbuatda yayılan xəbərlər həqiqəti əks etdirmir. O, bir müddət öncə ölkəni tərk etməsinə qoyulan qadağanın aradan götürülüb-götürülməməsinə də aydınlıq gətirib:

"Günorta saatlarında ora getdim. Nəyə görə saxlanıldığımı soruşdum? Məni kimsə qəbul etmirdi. Bundan sonra bir-iki adamdan xahiş etdim ki, məni qəbul etsinlər, gəlib qapıda qalmışam. Sonra çox hörmətlə qəbul etdilər. Axşam saat 8-ə qədər yuxarıda gözlədim. Bu müddət ərzində kimsə mənə bir söz demədi. Gəlib qollarımı qandallayıb aşağıya apardılar. Bir-iki gün orada qaldım. Amma orada qalmağımın səbəbini bilmədim. Daha sonra saxlanılmağımın səbəbi məlum oldu ki, kredit borcum var. Mənim kredit borclarımın vaxtı 2019-cu ildə bitir. Kreditin vaxtı keçdiyinə görə, faiz borcu 1 milyon 500 mini keçib. Kredit borcumu iki günə ödədikdən və problemin həll olunandan sonra azadlığa buraxıldım".