Yol Polisi xəbərdarlıq edir
14 Oktyabr 2012 14:10 (UTC+04:00)
Bakı Dövlət Yol Polisi sürücüləri paytaxtın ərazisində yağan leysanla əlaqədar ehtiyatlı olmağa çağırır.
Bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov bazar günü Trend-ə bildirib.
İdarədən həmçinin xəbərdarlıq olunur ki, şəxsi avtomobillərində nasaz şüşə silən olan sürücülər avtomobili sürməkdən kənarlaşdırılacaqlar.
AzNews.az