Həştərxanın rəsmi nümayəndə heyəti Bakıda olub - FOTO

29 May 2015 11:26 (UTC+04:00)

AzNews.az xəbər verir ki, səfər çərçivəsində Həştərxan vilayətinin vitse-qubernatoru, hökumətin sədri Konstantin Markelovun başçılıq etdiyi, Həştərxan hökumətinin sədrinin müavini, Sənaye, Nəqliyyat və Təbii Sərvətlər naziri Sergey Krjanovski, Həştərxan hökumətinin sədrinin müavini, İqtisadi İnkişaf naziri Elina Polyanskaya, Beynəlxalq və Xarici İqtisadi Əlaqələr naziri Denis Afanasyev və digər rəsmilərin daxil olduğu nümayəndə heyətinin Nərimanov Rayon İcra Hakimiyyətində İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev ilə görüşü keçirilib.
Görüş zamanı ölkələrimiz arasında tarixi köklərə söykənən dostluq münasibətlərindən danışılıb, Rusiya Federasiyasının Həştərxan vilayəti ilə Azərbaycan Respublikası arasında mövcud olan sosial-iqtisadi və mədəni əlaqələrin daha da gücləndirilməsi müzakirə olunub, həmçinin dövlətimiz tərəfindən Həştərxan şəhərində həyata keçirilib və perspektivdə nəzərdə tutulan layihələr barədə ətraflı fikir mübadiləsi aparılıb.

Qeyd olunub ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə Həştərxan şəhərində bir sıra mühüm sosial infrastruktur layihələri həyata keçirilmiş və bu işlərin gələcəkdə də davam etdirilməsi nəzərdə tutulub.