Göygöl sakinindən I Avropa Oyunları ilə bağlı – Kağız əl işləri

29 May 2015 11:42 (UTC+04:00)

AzNews.az xəbər verir ki, 45 yaşlı M.Cəfərov turistlərin diqqətini çəkmək üçün A4 kağızından əl işləri düzəldib.

O, 8 aya təxminən 40 təyyarə və 10 qu quşu maketi hazırlayıb.

Mübariz Cəfərov bununla bağlı bildirib ki, məqsədi Azərbaycanda istedadlı insanların olmasını I Avropa Oyunları ərəfəsində dünya ictimaiyyətinə nümayiş etdirməkdir.

Qeyd edək ki, maketlərin hər birinin üzərində Azərbaycan bayrağı əks edilib.