Türkiyə millisində “zədə” şoku

14 Oktyabr 2012 17:50 (UTC+04:00)


Futbol üzrə 2014-cü ildə keçiriləcək Dünya Kubokunun seçmə mərhələsi çərçivəsində Macarıstan ilə oynayacaqları matçın hazırlıqlarını davam etdirən Türkiyə milli komandasında Gökhan Gönül zədələnərək sıradan çıxıb.

Türkiyə Futbol Federasiyasından verilən açıqlamaya görə, Gökhan Gönülə "əzələ dartılması" diaqnozu qoyulub və oyunçu Budapeştə aparılmayıb.

Macarıstan ilə oynanılacaq oyunda Türkiyə millisinin daha 3 oyunçusu zədə səbəbindən matçı buraxmalı olacaq. Bunlar Selçuk İnan, Burak Yılmaz və Məhməd Topaldı.

Elman Bakuvi
AzNews.az