Kasilyas son nöqtəni qoydu

14 Oktyabr 2012 18:45 (UTC+04:00)
"Real Madrid"in əfsanəvi qapıçısı İker Kasilyas komanda içində problemlərin olduğu və Ronalda ilə anlaşa bilmədiyi yönündə söylənilən iddialara sosial şəbəkədən istifadə edərək fikir bildirdi. Goal.com-un yayımladığı yazını təqdim edirik:

"Son aylarda fərqində olmadan bir çox söz-söhbətlərin mərkəzinə çevrilmişəm. Xoşbəxt olmadığıma görə vurduğumuz qola sevinmədiyim deyildi. Daha sonra komanda yoldaşım Kristiano ilə yola getməməyimiz yazıldı. Bir başqa mövzu isə Mourinya ilə bir-birmizi həzm edə biməməyimiz oldu. Başqa nə var idi? Hə! Məni ən güldürən bu oldu. Evimin qarşısında böyük İspaniya bayrağı asdığım söylənildi. Ancaq o ev yan qonşumun idi".

Elman Bakuvi
AzNews.az