Vidiç “Anji”ya gedə bilər

14 Oktyabr 2012 18:50 (UTC+04:00)


"Mançester Yunayted"in son vaxtlar zədədən yaxa qurtara bilməyən Nemanya Vidiçi "Anji"ya satıla bilər.

Goal.com xəbər verir ki, Samuel Eto, Yuri Zirkov, Lass Diara kimi futbolçuları transfer etməyi bacaran "Anji" Vidiç üçün 41 milyon avro dəyərində yüksək məbləğ təklif edib. Rusiya klubu təcrübəli müdafiəçiyə, həftəsinə 230 min avro verməyə hazır olduğunu bildirib. 2006-ci ildə 8 milyon avro qarşılığında ingilis təmsilçisinə transfer olan Vidiç ötən mövsümün böyük hissəsini zədəli keçirmişdi. İndi də oyunçunun zədəli olması Mançester Yunayted rəhbərliyi ni düşündürür.

Elman Bakuvi
AzNews.az