eBay hərracında Azərbaycanı əks etdirən rəsmlər satıldı - FOTO
30 May 2015 09:52 (UTC+04:00)
AzNews.az AZƏRTAC-a istinadən xəbər verir ki, rəsmlər 1714-cü ilə aid edilir. Bu gün hərraca çıxarılan rəsmlərin başlanğıc qiyməti 9,99 dollar müəyyən olunub və 11,50 dollara satılıb.
Əsərin müəllifi Niderland rəssamı və səyyahı Kornelis de Bryuindir. 1652-1727-ci illərdə yaşamış rəssam Şərqə doğru iki böyük səyahət edib və özünün çəkdiyi rəsmlərdən ibarət olan iki kitab dərc etdirib. Bu kitablarda Rusiya, Azərbaycan, İran, Hindistana və digər ölkələrdə çəkdiyi rəsmlər əks olunub.
Satışa çıxarılan rəsmlərin orijinal olduğu bildirilir. Əsərlər hərracda İtaliyanın antik kitab və xəritə satışı ilə məşğul olan şirkəti tərəfindən yerləşdirilib.
