Məşhur “qanuni oğru” həbs edildi - Moskvada

30 May 2015 10:44 (UTC+04:00)

AzNews.az xarici mediaya istinadən xəbər verir ki, məhkəmə "avtoritet"i 2 aylığına həbs edib. Kostya qanunsuz narkotik əldə etmə, saxlama, daşıma və hazırlanmaqda ittiham olunub.

Xatırladaq ki, 46 yaşlı "qanuni oğru" Naro-Fomiskdə saxlanılıb. Şəxsi axtarış zamanı onun üzərində 9 qr heroin, travmatik tapança və odlu silah aşkarlanıb.

"Qanuni oğru"nun vəkili isə hesab edir ki, heroin saxlanma zamanı onun müvəkkilinin üzərinə atılıb.