Xəzər dənizində 31 yaşlı oğlan batdı

1 İyun 2015 09:26 (UTC+04:00)

AzNews.az FHN-in saytına istinadən xəbər verir ki, hadisə nəzarətsiz ərazidə, xilasetmə məntəqəsindən 10 km aralıda qeydə alınıb.

Məlum olub ki, 1984-cü il təvəllüdlü Ağamalıyev Vasif Akif oğlu dənizdə batıb.

Onun cəsədi Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən batdığı yerdən, 100 m aralıda tapılaraq sudan çıxarılıb.