İrəvanda nazirlik və hotel yandı

15 Oktyabr 2012 05:27 (UTC+04:00)
Ermənistanın paytaxtı İrəvanda yanğın hadisəsi baş verib. AzNews.az-ın Ermənistan mətbuatına istinadən verdiyi xəbərə görə, yanğın Nəqliyyat Nazirliyinin damından başlayıb.

Verilən məlumata görə, eyni vaxtda Respublika meydanında yerləşən "Mariott Ermənistan" hotelində də yanğın baş verib.

Hadisə yerinə yanğın söndürənlər və xilasedicilər gəliblər. Hər iki binada yanğının söndürüldüyü bildirilsə də xəsarət alanlar barədə hər hansı məlumat verilmir.

Sadiq Musa
AzNews.az