Sabiq prezidentin partiyasının qərargahları sökülür

1 İyun 2015 13:53 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bu haqda məlumatı BBC telekanalı yayıb.

Qahirədə Tahir Meydanının yanında yerləşən bina 2011-ci ildə üsyançılar tərəfindən yandırıldıqdan sonra Mübarək devrilmişdi.

Misir hökuməti aprel ayında bu addımı təsdiqləyərək torpaq sahəsinin qonşuluqda yerləşən Misir Muzeyinə veriləcəyini bildirib.

Mübarəkin Milli Demokratik Partiyası 2011-ci il aprel ayında buraxılıb. Partiyanın aktivləri və Nil çayı ətrafındakı qərargahı müsadirə edilib.
Mübarək ötən ayın əvvəlində korrupsiya ittihamları ilə 3 il azadlıqdan məhrum edilib.

Onun iki oğluna da eyni ittihamlarla 4 il həbs cəzası verilib.