Günəş batareyaları ilə işləyən təyyarənin - Uğursuz cəhdi

1 İyun 2015 14:25 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bu haqda məlumatı BBC telekanalı yayıb.

Təyyarə pis hava şəraitinə görə Yaponiyaya qayıtmağa məcbur olub.

Qeyd edək ki, Çindən Havay adalarınadək uçmalı olan təyyarə 36 saat havada olub.

İndi texniklər qrupu buludların dağılması və havanın yaxşılaşması üçün Yaponiyada gözləməli olacaq.

Uçuşun gedişini Monakodakı nəzarət mərkəzindən müşahidə edən Bertrand Piccard deyib: "Biz macəra axtaran yox, tədqiqatçılarıq və odur ki, təhlükəsizlik bizim üçün əsas məsələdir. Hamı təyyarədən razıdır, ancaq hava yaxşı deyil. Biz Naqoyada enib, sonra uçuşu davam etdirəcəyik".

Xatırladaq ki, 17 min günəş hüceyrəsi ilə örtülmüş eksperimental təyyarə mart ayında Abu Dabidən havaya qalxmışdı. Lakin Sakit okeanın keçilməsinin təyyarə üçün ciddi sınaq olacağı əvvəlcədən gözlənilirdi. Komanda Nankində artıq bir ay daha yaxşı hava üçün gözləməli olmuşdu.

Təyyarənin normal üçüşü üçün səmt küləyindən başqa həm də göylərin gün ərzində buludsuz olması zəruridir. Belə olduqda təyyarə bütün gün ərzində günəş enerjisini toplaya bilir.

Qrupun meteoroloqları ötən şənbə gününü uçuş üçün münasib saymışdılar və təyyarə Qrinviç vaxtı ilə saat 18:39-da havaya qalxmışdı.
Təyyarəni tək sürən isveçrəli pilot Andre Borschberg əvvəlcə uçuşa çox yaxşı başlamışdı, lakin bazar ertəsi səhər hava proqnozu kəskin pişləşdikdən sonra komanda uçuşu dayandırmağı qərara alıb.

Pilot Yapon dənizi üzərində dövrə vurub Havay istiqamətində uça bilmək üçüm sinoptiklərin məlumatını gözləməli idi. Sonunda komanda riskə getməməyi qərara alıb. Çünki okean üzərində problem yaransaydı, pilotun dənizə enməkdən başqa çıxış yolu qalmayacaqdı. Odur ki, təyyarə hazırda yaxşı havanı gözləmək üçün Naqoyaya uçur.

Qrup Sakit və Atlantik okeanları üzərindən uçuşu qasırğa mövsümünün başlanacağı avqust ayınadək başa vurmağa çalışır.