Hökumət “Baş Kollektiv Saziş”ə dəyişiklik edib

15 Oktyabr 2012 05:29 (UTC+04:00)
Azərbaycan Respublikasının Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası arasında bağlanan və 2012-2013-cü illər üçün nəzərdə tutulan "Baş Kollektiv Saziş"də dəyişiklik edilib.

Bu barədə qərarı baş nazir Artur Rəsazadə imzalayıb. Qərara əsasən üzvlük haqları 4 iş günü müddətində həmin idarə, müəssisə və təşkilatın həmkarlar ittifaqı təşkilatının xüsusi hesabına köçürüləcək.

Elnarə Əlosmanqızı
AzNews.az