Anar Nağılbaz ölkədən qaçıb? - Açıqlama
1 İyun 2015 15:15 (UTC+04:00)
AzNews.az-ın ANS PRESS-ə istinadən məlumatına görə, Azərbaycanı həmişəlik tərk edən Nağılbaz Çexiyada sığınacaq alıb.
Məlumata görə, Çexiya dövləti azərbaycanlı repçiyə "Azül" düşərgələrində yaşamağa icazə verib.
Çexiyanın "Nova CZ" telekanalında qaçqınlara həsr olunmuş süjetdə azərbaycanlı repçiyə də yer verilib. Müsahibəsində siyasi sığınacaq almaq istəyini bildirən Anar Nağılbaz Çexiya dövlətinin onun xeyrinə qərar çıxaracağına ümid etdiyini deyib.
Anar Nağılbazın atası Rizvan Cəbiyev isə Anarın Çexiyada siyasi sığınacaq almaq istəməsi haqqında informaiyanın doğru olmadığını deyib. Modern.az saytına açıqlamasında R.Cəbiyev bilidirb ki, Anar Nağılbaz müalicə almaq üçün ölkədən gedib.
"Anarın qaraciyəri, öd kissəsi pis vəziyyətdədir. Ona görə Anar xaricdə ciddi şəkildə müalicə alır. Onun ölkəni tərk edib, başqa yerdə siyasi sığınacaq almaq istəməsi informasiyası ağ yalandır".
Sabiq millət vəkili oğlunun harada müalicə aldığını isə deməyib.
"Biz onu narahat etmirik. Ona görə Anarın harada müalicə aldığını demirik. Ümumiyyətlə, Anar bu qədər müddət işsiz qaldı, onun nə yeyib, nə içdiyi haqqında maraqlanmırdılar. İndi isə belə məlumat yazırlar".