Bakıda obyektdə yanğın oldu

2 İyun 2015 09:09 (UTC+04:00)

AzNews.az FHN-in saytına istinadən xəbər verir ki, hadisə Nəsimi rayonunda qeydə alınıb.

Belə ki, obyektin mətbəxində aparat yanıb, yüksək temperaturdan soyuducunun bir hissəsi və qaz sayğacının üst hissəsi deformasiyaya uğrayıb.

Obyektin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.