Müğənnimiz yeni doğulan körpəsindən danışdı

15 Oktyabr 2012 05:55 (UTC+04:00)
Dünən ikinci dəfə ana olan müğənni Xuraman Şuşalı körpəsiylə bağlı danışıb. Müğənni AzNews.az-a açıqlamasında bildirib ki, hazırda xəstəxanadadır və iki gündən sonra evə buraxılacağına güman edir.

Dünyaya qız övladı gətirən Xuraman körpənin çəkisini və boyunu açıqlayıb: "Doğuş prosesi çətin olsa da, Allah şükür, hər şey yaxşıdır. Özümü yaxşı hiss edirəm. Körpənin vəziyyəti də yaxşıdır. Onun çəkisi 3 kiloqram yarımdır, boyu da 50 santimetrdir. Qızımın adı Surədir".

Qeyd edək ki, 2010-cu ildə ailə həyatı qurub. Cütlüyün keçən il Məhəmməd adlı oğul övladı olub.

Fuad Mədətov
AzNews.az