Kral öldü

15 Oktyabr 2012 06:26 (UTC+04:00)


AzNews.az "İTAR-TASS"a istinadən xəbər verir ki, Kamboca hökuməti Sianukun Pekində ürək tutmasından vəfat etdiyini rəsmən təsdiqləyib.

Norodom Sianuk 1941-ci ildə 18 yaşında kral olmuşdu. O, Kambocanın 1953-cü ildə əldə etdiyi müstəqilliyin rəmzi sayılırdı. O vaxtdan keçən dövrdə Kamboca çevrilişlər, vətəndaş müharibələri, xarici dövlətlərin təcavüzü kimi çətin dövrlər yaşayıb.

Sianuk 1970-ci ildə Amerikapərəst siyasətçi Lon Nol tərəfindən təşkil olunmuş çevriliş nəticəsində devrilmiş və xaricə qaçmışdı. Kralın əksər qohumları və dostları ölkənin 7 milyonluq əhalisindən 3 milyonunun öldürüldüyü repressiyalar zamanı qətlə yetirilmişdi.

1993-cü ildə o, yenidən kral taxt-tacına qayıtdıqdan sonra ölkənin siyasi həyatında əhəmiyyətli rol oynayıb. 2004-cü ildə səhətində yaranmış problemlərlə əlaqədar səlahiyyətlərini kiçik oğlu Norodom Siamoniyə verib.

Kral Norodom Soamoninin bu gün atasının cəsədini vətənə gətirmək üçün Pekinə yollanacağı gözlənilir.


Vaqif Həsənov
AzNews.az