Avropa Oyunları üçün yalnız bu biletlər qaldı

2 İyun 2015 20:40 (UTC+04:00)


Bu barədə Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsindən məlumat verilib. Publika.az xəbər verir ki, bütün sektorlar üzrə, əsasən də 200 AZN-lik biletlər tamamilə satılıb. Hazırda satışda 100 AZN və 50 AZN dəyərində biletlər var, lakin 20 AZN-lik biletlər tamamilə satılıb. Ən çox hansı idman növü üzrə biletlərin satılması məsələsinə gəlincə isə bildirilib ki, gimnastika, güləş, üzgüçülük və boks idman növləri son dərəcə məşhurdur, lakin bəzi yarışlar üçün biletlərimiz hələ də qalıb. Mingəçevir şəhərində bir həftə əvvəl bilet satış mərkəzinin açılmasından sonra insanlar avarçəkmə yarışlarına böyük maraq göstərirlər. Ümumilikdə biletlərin neçə faizinin satılması məsələsinə gəlincə isə bildirilib ki, bu, hər gün dəyişir, lakin rəqəmlər çox ürəkaçandır. Azərbaycanlılar şəhərdə yerləşən satış mərkəzlərində, məsələn, Park Bulvar, 28 Mall, Metro Park və bir çox köşklərdə üstünlük təşkil edirlər. Yalnız yarışları deyil, eləcə də Bakının əfsanəvi qonaqpərvərliyini səbirsizliklə gözləyən xarici qonaqlar isə daha çox onlayn bilet əldə edirlər.