Kür və Araz təhlükə saçır

15 Oktyabr 2012 06:32 (UTC+04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının çirklənmə vəziyyəti ilə bağlı monitorinin nəticələrini açıqlayıb.

Nazirliyin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində Kür çayı və onun qollarında biogen maddələrin miqdarı normadan dəfələrlə artıq olub. Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenol və mis birləşmələri yol verilən qatılıq həddini keçib.

Araz çayı üzrə Horadiz məntəqəsində suyun əsas çirkləndiricilərindən olan fenollar və mis birləşmələr 4, I Şahsevən və Bəhramtəpə məntəqələrində fenollar və mis birləşmələri 3 dəfə artıq olub. Suyun oksigen rejimi bütün məntəqələrdə sanitar norma daxilində dəyişib.

Elnarə Əlosmanqızı
AzNews.az