Birmərtəbəli evdə yanğın - Bakıda
3 İyun 2015 09:09 (UTC+04:00)
AzNews.az FHN-in saytına istinadən xəbər verir ki, hadisə Xətai rayonunda qeydə alınıb.
Belə ki, vətəndaşa məxsus ümumi sahəsi 100 kv.m olan birmərtəbəli 3 otaqlı evin dəhlizində taxta konstruksiyadan quraşdırılmış rəflər və içərisindəki əşyalar 10 kv.m sahədə yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.