Avropa Parlamentindən Rusiya siyasətçilərinə qarşı - “Əcinnə ovu“
3 İyun 2015 10:25 (UTC+04:00)
AzNews.az xarici mediaya istinadən xəbər verir ki, bu sözləri RF XİN-in informasiya və mətbuat departamentinin direktor müavini Mariya Zaxarova bildirib.
"Belə təəssürat yaranır ki, avrobürokratiya müqəddəs inkvizisiya dövrünə qayıdır. Rusiya əcinnələrinə ov elan olunub. "Rusiya KİV-lərinin indeksi" daxil edilib. Bəs sonra? Dini məhkəmələr Rusiya diplomatlarını Brüssel tonqallarında yandıracaq?", - deyə xarici siyasət idarəsinin nümayəndəsi Facebook səhifəsində istehza ilə bildirib.

Zaxarovanın sözlərinə görə, belə bir qərarın məqsədi anlaşılmazdır: "Avropa Parlamentinə sual açıq qalır: Rusiya daimi nümayəndəsinin assambleyaya buraxılmamasının məqsədi nədir? Axı hansısa məntiqli izah olmalıdır".
Xatırladaq ki, iyunun 2-də Avropa siyasətçiləri Rusiyanın Avropa İttifaqındakı daimi nümayəndəsi Vladimir Çijovun Avropa Parlamentinə buraxılmasına məhdudiyyət qoyub.
Aydan Axundova