Əhalinin banklardakı əmanətləri bir az da azaldı – AMB məlumat yaydı

3 İyun 2015 14:53 (UTC+04:00)

Bu barədə AzNews.az-a Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat verilib.

Məlumatda bildirilir ki, əhalinin banklardakı əmanətinin may ayının birinə olan miqdarı 7717.2 milyondur. Bu isə aprel ayının analoji dövrü ilə müqayisədə 64,4 milyon azdır.

Aprel ayının 1-də isə əhalinin banklardakı əmanətlərinin həcmi 7781.6 milyon idi.

Qeyd edək ki, AMB cari ilin fevral ayının 21-də manatın devalvasiyası ilə bağlı qərar vermişdi. Bu qərardan sonra əhalinin banklardakı əmanətlərinin həcmi azalmağa başlayıb.